White Garden layihəsi “Bakı, Ağ Şəhər”-in nüfuzlu ərazisində, Babək prospekti ilə Xaqani Rüstəmov küçəsinin kəsişməsində yerləşir. Bura komfort, estetika, texnologiya və mehriban qonşuluğu qiymətləndirənlər üçün düşünülmüş memarlıq həlli olan yaşayış kompleksidir.
Ərazidə sakinlər üçün fitnes zalı, yoqa terrası, kinoteatr otağı, qonaq və uşaq otaqları nəzərdə tutulub.
Kompleksin həyəti özündə komfort və təhlükəsizliyi birləşdirir. Bol yaşıllıq, yaş qruplarına bölünmüş oyun meydançaları, aktiv zonalar sakit atmosfer yaradır. Təchizatda hipoallergen təbii materiallardan, dizaynda isə ənənə və müasirliyi birləşdirən Buta və Şəbəkə naxışlarından istifadə olunub.
Texnologiyalar və rahatlıq hər mərhələdə:
Whitebox formatında (təmirə hazır) mənzillər
Üçqat şüşəli panoramik pəncərələr
Təkmilləşdirilmiş Acoustic Pro səs izolyasiyası və «Üzən döşəmə» texnologiyası
“Ağıllı ev” sistemi, elektron qıfıllar və IP-domofoniya
BI Service və konsyerj xidməti
White Garden memarlığın, komfortun və texnologiyaların harmonik şəkildə birləşərək dəniz kənarında yeni həyat keyfiyyəti yaratdığı bir məkandır.




























